Məhkəmə Qırğızıstanın sabiq prezidentinə bəraət qazandırıb

  • 20:45 - 28 İyun

Qırğızıstanın paytaxtı Bişkekdə məhkəmə ölkənin sabiq prezident Almazbek Atambayevə 2020-ci ildə iğtişaşların təşkili üzrə cinayət işində bəraət qazandırıb.

Bu barədə Bişkekin Pervomaysk rayon məhkəməsinin qərarında deyilir.

Qeyd olunur ki, hakim bu iş üzrə A.Atambayevi təqsirsiz hesab edib. Məhkəmə işində dövlət ittihamçısı sabiq prezident üçün 12 il həbs cəzası tələb edirdi.

 

Xatırladaq ki, Almazbek Atambayev 2020-ci ilin oktyabrında keçirilmiş prezident seçkilərindən sonrakı iğtişaşların təşkilində ittiham olunaraq saxlanılmışdı.(trend)


Oxunma sayı: 2091

Oxşar yazılar