Rusiyanın Ukraynada ticarət mərkəzinə hücumu nəticəsində ölənlərin sayı 20-yə çatdı

  • 15:37 - 28 İyun

Rusiyanın Ukraynanın Kremençuk şəhərindəki ticarət mərkəzinə həyata keçirdiyi raket hücumunda ölənlərin sayı artır.

Avropa.info xəbər verir ki, Ukrayna fövqəladə hallar xidmətləri ticarət-əyləncə mərkəzinə raket hücumu nəticəsində azı 20 nəfərin həlak olduğunu, 59 nəfərin yaralandığını açıqlayıb. 

Bildirilib ki, bundan əlavə, atəş zamanı ticarət mərkəzində ola biləcək itkin düşmüş şəxslərin yaxınlarının 40-dan çox ifadəsi var. 

Axtarış-xilasetmə işlərinə yüzlərlə insan, o cümlədən polis əməkdaşları, Milli Qvardiyaçılar və sadə vətəndaşlar cəlb olunub.

Ukrayna prezidenti Vladimir Zelenski ticarət mərkəzində mindən çox insanın olduğunu və "Bu, hədəfdən kənar raket hücumu deyil, bu, Rusiyanın hesablanmış hücumudur" deyib. 

Rusiya qüvvələri Ukraynanın Luqansk vilayətindəki Severodonetskə nəzarəti tamamilə ələ keçirdiklərini iddia edib və ötən həftə sonu Rusiya raketləri paytaxt Kiyev və liman şəhəri Odessaya zərbə endirib.


Oxunma sayı: 3686

Oxşar yazılar