Ərdoğan və Bayden ikitərəfli əlaqələri və NATO sammitini müzakirə ediblər
- 15:19 - 28 İyun
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı ABŞ prezidenti Co Baydenlə telefon danışığı aparıb.
Avropa.info-nun məlumatına görə, Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi bildirib ki, Ərdoğan və Bayden Türkiyə-Amerika münasibətlərinin müxtəlif aspektlərini və regional prosesləri müzakirə ediblər.
Dövlət başçıları NATO-nun Madriddə keçiriləcək sammitinin gündəliyi ətrafında da fikir mübadiləsi aparıblar.