Laçın hava limanının tikintisi 2024-cü ildə başa çatacaq

  • 21:36 - 28 İyun

Laçın Beynəlxalq Hava Limanının tikintisi 2024-cü ildə başa çatacaq.

Avropa.info xəbər verir ki, bu barədə APA-Economics-ə açıqlamasında “Azvirt” MMC-nin baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşaviri Ceyhun Səfərov deyib.

“Laçın Beynəlxalq Hava Limanı Qarabağda inşa edilən sayca üçüncü hava limanıdır. Təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Burada aparılan inşaat işlərinin 2024-cü ildə tamamlanması nəzərdə tutulur”, - Ceyhun Səfərov qeyd edib.

Onun sözlərinə görə, hava limanında uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni 60 metr, perronun sahəsi 50 min metr, yönəldici yolların sahəsi 8000 kvadrat metr təşkil edəcək. Hava limanında beynəlxalq terminalın sahəsi 5 min kvadrat metr təşkil edəcək və onun saatda 200 sərnişinə xidmət edəcəyi nəzərdə tutulub.

Ceyhun Səfərov onu da əlavə edib ki, coğrafi baxımdan Laçın rayonu fərqlidir və bu baxımdan da burada hava limanının tikintisi fərqliliyi ilə seçilir.

Baş direktorun müşaviri onu da qeyd edib ki, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi çərçivəsində beynəlxalq terminalda nəzərdə tutulan işlərin tamamlanması bu ilin avqust ayına nəzərdə tutulu


Oxunma sayı: 3323

Oxşar yazılar