Ərdoğan müdhiş həmləni "zamanı gəldi" deyib AÇIQLADI: Çindən sonra ən böyük ehtiyat ərazisi Türkiyədədir

  • 10:53 - 28 İyun

Türkiyə Suriya ilə sərhəddə müvafiq hazırlıqlar tamamlanan kimi yeni antiterror əməliyyatlarına başlayacaq. 

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra televiziya ilə çıxışında deyib. 

“Suriya ilə sərhədimizdə yaratmağa başladığımız təhlükəsizlik dəhlizində boşluqların aradan qaldırılması üçün hazırlıqlar başa çatan kimi biz yeni əməliyyatlara başlayacağıq”, - Türkiyə lideri xüsusilə qeyd edib. 

Madriddə keçiriləcək NATO sammitinin mövzusuna münasibət bildirən prezident Ərdoğan forum zamanı ölkənin hüquq və mənafelərinə uyğun olaraq bütün lazımi addımları atacağını bildirib. 

Dövlət başçısı onu da əlavə edib ki, bəzi ölkələrin PKK/YPG və FETÖ terror təşkilatları ilə bağlı ikiüzlü mövqeyini sübut edən sənədlər, məlumatlar və kadrları sammit iştirakçılarına təqdim etmək niyyətindədir. 

Türkiyə lideri Türkiyənin enerji istehsalı sahəsində uğurlarından danışıb. Prezident bildirib ki, Türkiyənin Adana şəhərində kəşfiyyat işləri aparılan iki quyuda yüksək keyfiyyətli neft aşkar edilib. Onun sözlərinə görə, ehtiyatların dəyəri 1 milyard dollara yaxın qiymətləndirilir:

"Yerin altında və üstündə olan hər şeyi az və ya çox olmasından asılı olmayaraq millətimizin ixtiyarına vermək istəyirik. Əslində, bu səylər nəticəsində son 5 ildə ölkəmizin daxili neft hasilatını sutkada 37 min bareldən 60 min barrelə çatdırmağa nail olmuşuq. Bu çərçivədə son vaxtlar Adanada neft kəşfiyyatı apardığımız iki quyuda yüksək keyfiyyətli neft tapdıq. 425 metr 358 metr dərinlikdən əldə etdiyimiz iqtisadi qiymətli neftin ehtiyat dəyəri təxminən 1 milyard dollar hesablanıb. Eyni yataqda 8 yeni quyu açaraq cəmi 10 quyuda hasilat işlərinə başlamaq üçün hazırlıqlarımızı davam etdiririk".

“Müstəqilliyin ayrılmaz hissəsi olan mədənlərin istehsalı və son məhsula çevrilməsində yeni bir addım atırıq”, deyən Ərdoğan, Çindən sonra dünyanın ən böyük ehtiyat ərazisi olan Əskişəhər Bəylikovada istehsal müəssisəsinin qurulacağını müjdələyib.

Ölkədəki iqtisadi vəziyyətə toxunan dövlət başçısı qeyd edib ki, Türkiyə hakimiyyəti 2023-cü ilin fevral-mart aylarına qədər inflyasiyanı əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.


Oxunma sayı: 1266

Oxşar yazılar