Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat etdi

  • 10:49 - 28 İyun

Türkiyənin məşhur kino aktyoru Cüneyt Arkın 85 yaşında vəfat edib.

Avropa.info xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Aktyor səhhəti pisləşdiyi üçün aparıldığı İstanbul Liv Xəstəxanasında dünyasını dəyişib. 

Xəstəxanadan aktyorun ürək tutmasından sonra xəstəxanaya aparıldığı bildirilib. Həkimlərin səyinə baxmayaraq, Arkının həyatını xilas etmək mümkün olmayıb. 

Əsl adı Fəxrəddin Cürəklibatır olan aktyor Cüneyt Arkın 1937-ci ildə Eskişehir vilayətində anadan olub. 

İxtisasca həkim idi. 1963-cü ildə həyatını kino dünyası ilə bağlamışdı. 


Oxunma sayı: 1112

Oxşar yazılar