Gürcüstandan Rusiyaya nəqliyyatın hərəkəti bərpa edildi

  • 10:21 - 28 İyun

Selin yuyub apardığı beynəlxalq əhəmiyyətli Mtsxeta - Stepantsminda - Lars avtomobil yolunun 136-cı kilometrliyində Gürcüstandan Rusiyaya avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Avropa.info "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

Qeyd olunur ki, buna aparılan təmir işləri nəticəsində nail olunub.

Qeyd edək ki, Terek çayında daşqın nəticəsində Yuxarı Lars keçid məntəqəsinə gedən magistralın 136-cı kilometrliyində 80 metrlik hissə yuyulub. Nəticədə hər iki istiqamətdə bütün nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.


Oxunma sayı: 2091

Oxşar yazılar