"Bloomberg": Rusiya suveren borc öhdəlikləri üzrə defolt edib

  • 10:25 - 27 İyun

Rusiya Federasiyası suveren borc öhdəlikləri üzrə defolt edib.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata əsasən, kuponlar 100 milyon dollarlıq ödənişin müddəti iyunun 27-nə keçən gecə başa çatıb. Müəyyən edilmiş müddətin sonuna qədər investorlar razılaşdırılmış vəsaiti almadıqda, bu vəziyyət defolt hesab olunur.

 

Qeyd edilir ki, 1918-ci ildən bəri ilk dəfədir ki, belə hal müşahidə olunur.


Oxunma sayı: 6436

Oxşar yazılar