Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Silahlı Qüvvələr Gününü xüsusi təbrik edib

  • 16:45 - 26 İyun

Bütöv Vətən Hərəkatında qəhrəmancasına və fədakar mübarizəsi ilə Qarabağdakı torpaqlarını işğaldan azad edərək qüdrətini bütün dünyaya nümayiş etdirən və bizləri də qürurlandıran Azərbaycan Silahlı Qüvvələrini bu əziz gün münasibətilə təbrik edir və qardaşlarımızı ürəkdən salamlayırıq.

Avropa.info xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi (MMN) bu ifadələrlə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb.

 

Azərbaycan Silahlı Qüvvələrinin qoşun birliyinin nizami hərəkətini əks etdirən, eləcə də Azərbaycan və Türkiyənin dövlət bayraqlarının birgə dalğalandığı fotoların da əks olunduğu təbrik MMN-nin rəsmi saytında paylaşılıb.


Oxunma sayı: 8713

Oxşar yazılar