ABŞ-da abort qadağan edildi: Qanunu pozanları 15 illik həbs gözləyir

  • 14:38 - 25 İyun

ABŞ Ali Məhkəməsi abortu konstitusiya hüququ kimi tanıyan 1973-cü il qərarını ləğv edib.

Beş mühafizəkar hakim qərarın ləğvi üçün səs verib. Onlardan üçü Donald Trampın dövründə təyin edilib.

Avropa.info oxu.az-a istinadən xəbər verir ki, indi ABŞ-ın ən azı 22 ştatında abortun tamamilə və ya qismən qadağan ediləcəyi gözlənilir.

Ali Məhkəmənin qərarının elanından bir neçə dəqiqə sonra Missuri Baş Prokuroru aborta qadağa qoyan qanunu imzalayıb. Beləliklə də, Missuri ölkədə süni uşaqsalmanı qadağan edən ilk ştat olub. Qanuna görə, onu pozanları 15 illik həbs cəzası gözləyir. Aborta yalnız qadının sağlamlığına ciddi təhlükə yarandıqda icazə verilir.


Oxunma sayı: 2696

Oxşar yazılar