Canlı yayımda rusiyalı generaldan ŞOK SÖZLƏR: "İlk olaraq Londonu bombalayacağıq" – FOTO

  • 13:34 - 25 İyun

Rusiya parlamentinin Müdafiə Komitəsinin üzvü, general Andrey Qurulyov iştirak etdiyi televiziya proqramında çıxış edərək bildirib ki, Kalininqradda NATO ilə müharibə başlayarsa, onların vuracağı ilk yer paytaxt London olacaq.

Avropa.info xəbər verir ki, Rusiya dövlət televiziyasında yayımlanan verilişdə iştirak edən Rusiya parlamentinin Müdafiə Komitəsinin üzvü, rus ordusunun ehtiyatda olan generalı Andrey Qurulyov NATO ölkələrini hədələyib.

O, mümkün müharibə vəziyyətində Rusiya nə Varşavanı, nə də Berlini hədəfə alacaq, əvvəlcə Londona raketlər atacaqlarını söyləyib.

"The Kyiv Independent" saytındakı xəbərə görə, Putinin yaxın həmkarlarından biri olduğu qeyd edilən Gurulyov “Birinci hava əməliyyatı zamanı bütün düşmən qrupu məhv ediləcək, deyib.

"Onların amerikalı və ya ingilis olması heç kimin vecinə deyil. Biz əlbəttə ki, Varşavadan, Parisdən və ya Berlindən başlamayacağıq. İlk olaraq London vurulacaq. Kritik ərazilərin məhv edilməsi əməliyyatı çərçivəsində Qərbi Avropanın elektrik enerjisi təchizatı kəsiləcək və hərəkətsizləşdiriləcək. Bütün enerji təchizatı sahələri məhv ediləcək. Üçüncü mərhələdə ABŞ-ın soyuqda, yeməksiz və işıqsız mübarizəni davam etdirməklə bağlı Qərbi Avropaya nə deyəcəyini gözləyirəm. Maraqlıdır, onlar necə kənarda qalacaqlar? Bu, kobud plandır və bəzi məqamları qəsdən atlayıram, çünki onlar televiziyada müzakirə olunmayacaq”, -deyə o bildirib.


Oxunma sayı: 8845

Oxşar yazılar