Özbəkistanda konstitusiya dəyişikliyi: Prezidentin səlahiyyət müddəti ARTIRILIR
- 12:50 - 25 İyun
Özbəkistan prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılması planlaşdırılır.
Avropa.info gazeta.uz-a istinadən xəbər verir ki, bu, iyunun 25-də ictimai müzakirəyə çıxarılan ölkə Konstitusiyasına dəyişikliklər haqqında qanun layihəsində nəzərdə tutulub.
Sənəd Konstitusiyanın 90-cı maddəsinin 2-ci hissəsinə dəyişiklikləri, yəni “beş” sözünün “yeddi” ilə əvəz edilməsini nəzərdə tutur.
Senat sədrinin birinci müavini Sadıq Səfəyev qeyd edib ki, yeni Konstitusiyanın qəbulu bütün vətəndaşlara, o cümlədən hazırkı prezidentə dövlət başçısının seçkilərində iştirak etmək imkanı verəcək. O, əlavə edib ki, Şavkat Mirziyoyev “hakimiyyətdən yapışan siyasətçi deyil”.
Qeyd edək ki, sonuncu dəfə prezidentlik müddəti 2011-ci ildə dəyişdirilib. Sonra müddətlər 7 ildən 5 ilə endirilib.