ABŞ prezidenti "təlimat siyahısı" ilə YAXALANDI: "Oturacaqsan. 2 dəqiqə danışacaqsan..." – FOTO

  • 14:59 - 24 İyun

ABŞ-ın 79 yaşlı prezidenti Co Bayden son zamanlar tez-tez etdiyi kobud səhvlərlə gündəmdə olub və bu dəfə “təlimat siyahısı” ilə yaxalanıb.

Avropa.info xəbər verir ki, ABŞ prezidenti Co Baydenə verilən tapşırıqların siyahısı nümayiş olunub. 

79 yaşlı Bayden Ağ Evin Ruzvelt otağında qubernator və özəl şirkət nümayəndələri ilə görüşüb.

İclasda verdiyi açıqlamalarla yanaşı, Baydenin əlindəki kağız parçası bütün diqqətləri üzərinə çəkib. 

Məlum olub ki, Baydenin etməli olduğu hər şey bu “təlimat siyahısında” bir-bir yazılıb.

Təlimatlar aşağıdakı kimi idi; 

*Ruzvelt Otağına girib iştirakçılarla salamlaşacaqsan. 

*Oturacaqsan. 

*Mətbuat mənsubları gələcək. 

*2 dəqiqəlik brifinq keçirəcəksən.

*Mətbuat mənsubları otağı tərk edəcəklər. 

*Liz Schulerə sul verəcəksən. (Xatırlatma: Liz görüşdə onlayn iştirak edəcək) 

*İştirakçılara təşəkkür edəcəksə

* İştirakçılara təşəkkür edib otaqdan çıxacaqsan.


Oxunma sayı: 2894

Oxşar yazılar