Ukraynada ağır itkilər verən Rusiya bu vasitəyə əl atdı – KƏŞFİYYAT MƏLUMATI

  • 17:50 - 24 İyun

Təlim keçmiş kadrları və ehtiyat döyüş qüvvələri olmayan Rusiya Ukraynaya qarşı müharibədə “Vaqner” muzdlularından istifadə edir.

Avropa.info teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyinin kəşfiyyat xidməti məlumat yayıb.

İngilis kəşfiyyatı Rusiyanın “Vaqner” qrupunun muzdlularını Hərbi Hava Qüvvələrinə də cəlb etməyə çalışdığını bildirib. Rusiyanın ciddi pilot çatışmazlığı olduğu deyilib.

“Bu, yəqin ki, Rusiyada lazımi təlim keçmiş kadrların olmaması və döyüş itkiləri ilə bağlıdır”, - məlumatda qeyd edilib.

“Vaqner” pilotlarının yalnız “Su-25”lərin köhnə modellərinə uyğun olduqlarına da diqqət çəkilib.

Ukrayna hərbi qüvvələri bundan əvvəl Donetsk vilayətinin Svetlodarsk rayonu yaxınlığında Rusiyanın “Su-25” hücum təyyarəsini vurub. “Vaqner” pilotu əsir götürülüb.


Oxunma sayı: 1706

Oxşar yazılar