Marmarisdə yanğın törədən şəxs həbs olundu – FOTO

  • 13:52 - 24 İyun

Marmarisdə baş verən yanğınla bağlı nəzarətə alınan və yanğını özü törətdiyini etiraf edən S.A həbs edilib. S.A. O, ifadəsində ailə problemlərinə görə evdəki insanlara qəzəbli olduğu üçün yanğını törətdiyini bildirib.

Avropa.info xəbər verir ki, Muğlanın Marmaris bölgəsində iyunun 21-də meşə zolağında baş verən yanğın davam edir. 

Yangının başladığı bölgədə yanında 2 benzin bidonu ilə saxlanılan və dindirilmə zamanı yanğın törətdiyini eetiraf edən S.A. (34) məhkəmə qərarı ilə həbs edilib.

Şübhəli S.A-nın ilk sorğusunda ailə problemlərinin olduğu, atasının rayondakı torpaq sahəsini satdığı, atası tərəfindən kənarlaşdırıldığı və buna görə də yanğın zonasının 3 müxtəlif nöqtəsində siqaret kötüklərini ataraq yanğın törətdiyi öyrənilib. 

S.A-nın yanğın törətdiyi əraziyə girərək intihar etmək istədiyini dediyi də bildirilib.

Marmaris'teki orman yangını çıkaran S.A.

Oxunma sayı: 4005

Oxşar yazılar