Rusiyadan açıqlama: Biz Ukraynadan taxıl oğurlamadıq – FOTO

  • 13:52 - 24 İyun

Moskva Kalininqradın nəqliyyat blokadası ilə bağlı vəziyyətdə kifayət qədər qərarlıdır, lakin qərar qəbul etməyə tələsmir. 

Avropa.info xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib. 

“Burada tələsməyə ehtiyac yoxdur, lakin eyni zamanda, əlbəttə ki, biz kifayət qədər qətiyyətliyik. Qərarların qəbulu üçün müəyyən vaxt lazımdır”, o, Kalininqrad ətrafında vəziyyəti şərh edərkən bildirib. 

Kremlin sözçüsü qeyd edib ki, Rusiya hakimiyyəti hazırda baş verənləri ciddi şəkildə təhlil edir və Xarici İşlər Nazirliyi vasitəsilə öz mövqeyini digər ölkələrdən olan həmkarlarına çatdırır. "Mən hətta deyərdim ki, təəssüf ki, onlar artıq tərəfdaş deyil, bizim rəqibimizdir", - Peskov bildirib. 

Kreml də istisna etmir ki, Litvanın Kalininqrada tranziti məhdudlaşdırmaq qərarını ləğv edə bilər, lakin onlar ən çətin variantlara belə hazırlaşacaqlar.

Kremlin mətbuat katibi Dmitri Peskov Kiyev rəhbərliyinin Rusiyanın Ukrayna taxılını oğurladığı iddiasına da cavab verib. O bildirib ki, Rusiya Ukraynadan taxıl oğurlamır.

Ukrayna ilə sülhün mümkün olduğunu bildirən Peskov, "Bu, ancaq Ukrayna Rusiyanın bütün tələblərini yerinə yetirdikdən sonra mümkündür" deyib.

Peskov bildirib ki, bu şərtlər Ukraynaya yaxşı məlumdur. 

Kiyev rəhbərliyinin Rusiyanın Ukrayna taxılını oğurladığı iddiasına cavab verən Peskov, “Rusiya heç bir halda taxıl oğurlamadı” deyib.


Oxunma sayı: 3972

Oxşar yazılar