ABŞ taxıl böhranının həllində Türkiyənin rolunu alqışlayır

  • 13:34 - 24 İyun

ABŞ Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu taxıl böhranının həllində Türkiyənin rolunu alqışlayır. 

Avropa.info xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. 

Kirbi, Ağ Evdəki gündəlik mətbuat brifinqində Rusiya-Ukrayna müharibəsi, G7 və NATO sammitlərini dəyərləndirib. 

Rusiya-Ukrayna müharibəsi səbəbiylə dünyada yaranan taxıl böhranının G7 sammitinin gündəmindəki mövzulardan biri olacağına diqqət çəkən Kirbi, Bayden rəhbərliyinin bu məsələnin həlli üçün səy göstərdiyini qeyd edib. 

"Türklər bu mövzuda ruslarla da danışır. Biz Türkiyənin bu məsələdəki rolunu əlbəttə alqışlayırıq. Türkiyə kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə daşınması üçün müəyyən səylər göstərir", - Kirbi bildirib. 

NATO sammitinin əsas mövzularından birinin Finlandiya və İsveçin üzvlük müraciətinə baxılacağını vurğulayan Kirbi deyib: “Türkiyə, İsveç və Finlandiyanın problemlərini həll edəcəklərinə, Finlandiya və İsveçin NATO-ya üzv olacağına əminik. Lakin bu həllər üçün tarix deyə bilmərəm”.


Oxunma sayı: 5171

Oxşar yazılar