Ankara-Vaşinqton, Ankara-Moskva xəttində PKK/YPG GƏRGİNLİYİ : ABŞ və Rusiya Türkiyənin Suriyada terroru yox etmə əməliyyatına qarşı çıxır

  • 13:47 - 16 İyun

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada PKK/YPG terror təşkilatına qarşı əməliyyata hazırlıqla bağlı açıqlamasından sonra Ankara-Moskva xəttində gərginlik artıb.

Avropa.info xəbər verir ki, Kremlin dünən "Suriyadakı əməliyyat bölgədə vəziyyəti gərginləşdirəcək" açıqlamasından sonra Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev növbəti açıqlama ilə çıxış edib.

Lavrentyev bildirib ki, Rusiya dünən Qazaxıstanda keçirdiyi danışıqlarda Türkiyəni Suriyada hərbi əməliyyat keçirmək planlarını ləğv etməyə razı salmağa çalışıb.

“Rusiya Türkiyəni Suriyadakı problemləri sülh yolu ilə həll etməyə inandırmağa çalışdı, çünki bu, gərginliyin artmasına səbəb ola bilər", - deyə Lavrentyev qeyd edib.

Ötən gün ABŞ hökuməti də Türkiyənin terrorçulara qarşı əməliyyat keçirməsinə qarşı olduğunu açıqlamışdı.

Türkiye'nin oluşturmak istediği güvenli bölge koridoru

Qeyd edək ki, ABŞ və Rusiya dəfələrlə separatçı terror təşkilatını Türkiyə sərhədləri yaxınlığından təmizləmək barədə üzərinə öhdəlik götürsə də, Ankaranın haqlı tələbləri yerinə yetirilmir. Məhz bu səbəbdən də Türkiyə 1998-ci ildə imzalanmış Adana müqaviləsinə uyğun olaraq əməliyyat keçirmə haqqından istifadə edəcək. 

Avropa.info


Oxunma sayı: 5457

Oxşar yazılar