MEK tərəfindən Qırğızıstan-Türkiyə Manas Universiteti Kitabxanasına nəşrlər göndərilib

  • 14:06 - 16 İyun

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Qırğızıstan-Türkiyə Manas Universiteti Kitabxanasına mübadilə yolu ilə nəşrlər göndərilib. 

MEK-in baş direktoru professor Məmməd Əliyevin təşəbbüsü ilə göndərilən bu nəşrlər Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını özündə əks etdirir. Bunların sırasında “Тайны Баку” (Сейран Велиев), “Реальная История, и Вымысел О “Великой Армении”” (Ягуб Махмудоб), “Фальшивая История Хайев Моисея Хоренского” (Аббас Исламов), “Геноцид Азербайджанцев В Иреванской Губернии (1918-1920)” (И.Нифтаниев), “Геноцид Азербайджанцев В Карабахском Регионе Азербайджана (1918-1920)” (Н.Мамедзаде), “Azərbaycan Miniatürləri” (dörd dildə) və digər kitablar yer alıb. 

Sözügedən nəşrlər universitetin kitabxanasına Manas Universitetinin Türk Ağsaqqalları Birliyinin (TAİB), Qırğızıstan-Türkiyə Manas Universitetinin və Azərbaycanın Qırğızıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Tarix yazan liderlər" mövzusunda keçirilən tədbir zamanı diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk tərəfindən təqdim edilib. 

Qeyd edək ki, MEK tərəfindən belə bir təşəbbüsün irəli sürülməsi hər iki kitabxana arasında beynəlxalq əlaqələrin genişləndirilməsinə, informasiya bazalarının artırılmasına və oxuculara daha yaxşı xidmət göstərməyə imkan yaradır.

Açıklama yok.

 

Açıklama yok.

Oxunma sayı: 2971

Oxşar yazılar