Təbrizdə xalq küçələrə töküldü! "Haqqımızı alana qədər susmayacağıq" (VİDEO)

  • 22:04 - 06 İyun

Güney Azərbaycanın Təbriz şəhərində təqaüdçülər yaşayışın baha olması və tələb olunan pensiyanın artımının olmaması səbəbindən İran hökumətinə qarşı etiraz aksiyası keçiriblər.  etiraz ediblər.

Avropa.info xəbər verir ki, İran Sosial Müdafiə Təşkilatının qarşısına toplaşan etirazçılar hökumətin maaş artımını yetərli hesab etmədiklərini bildirərək, “Haqqımızı alana qədər susmayacağıq”, “Gəlirimiz riyal, xərclərimiz dollar”,  “düşmənimiz Amerikada deyil, buradadır” şüarları səsləndiriblər. 

Daha sonra nümayişçilər təhlükəsizlik qüvvələrinin müşayiəti ilə Şərqi Azərbaycan valiliyinə doğru yürüş ediblər.

İranda Əmək Nazirliyi dünən ən aşağı maaş alan işçilər üçün 57,4 faiz, ən yüksək maaş alan işçilər üçün isə 10 faiz artım olacağını açıqlayıb. Artımla İranda minimum pensiya 5 milyon 580 min tümən olub.


Oxunma sayı: 13234

Oxşar yazılar