Rusiyanın “RİA Novosti” agentliyi Azərbaycanda bloklandı - Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilirdi (FOTO)

  • 00:57 - 04 İyun

Rusiyanın dövlət informasiya agentliyi olan “RİA Novosti”-nin Azərbaycan Respublikasında bloklandığı ehtimal olunur.

Avropa.info xəbər verir ki, "RİA Novosti" agentliyin saytına girmək mümkün deyil.

Rusiyanın dövlət informasiya agentliyi olan “RİA Novosti”-nin Azərbaycana qarşı qərəzli mövqeyi heç kimə sirr deyil. Ölkəmizə qarşı qərəzli informasiyalar və təxribat xarakterli məlumatlar yayımlayan agentlik dünən də bu səpkidə daha bir neçə xəbər çap edib.

Ehtimal olunur ki, sayt qondarma, mövcud olmayan “dqr”lə bağlı xəbərlərin yayılması ilə bağlı bloklanıb.


Oxunma sayı: 5919

Oxşar yazılar