Rusiyanın lazer silahları və mobil sistemləri "Bayraktar"ları vura bilməz, çünki... - Səlçuk Bayraktar Bakıda "Reuters"ə danışdı, mühüm MESAJLAR VERDİ

  • 12:46 - 31 May

"Baykar Teknoloji" şirkətinin rəhbəri Səlçuk Bayraktar, "Bayraktar TB2" PUA-larının Ukrayna müharibəsindəki uğurunun bütün dünyada TB2-yə tələbatı artırdığını bildirib.

Avropa.info xəbər verir ki, Bakıda "Reuters" agentliyinə danışan Bayraktar, Türk PUA-larının modern savaş taktikasında inqilab etdiyini deyib.

""Bayraktar TB2" etməli olduğu işi görür, yəni ən qabaqcıl zenit sistemləri və zirehli maşınları zərərsizləşdirir. Bütün dünya bu “dronların” müştərisidir", - deyə Səlçuk Bayraktar bildirib.

Səlcuq Bayraktar "Bayraktar TB2"-lərdən 2020-ci ildə Türkiyənin müttəfiqi Azərbaycanın Qarabağı azad etməsində və Ukraynanın müdafiəsində istifadə edilməsindən qürur duyduğunu qeyd edib.

“Dağlıq Qarabağın işğalı bizim gəncliyimizdən bu yana bir yara idi. Texnologiyanı inkişaf etdirən mühəndislər olaraq qardaş və bacılarımıza torpaqlarını qaytarmaqda kömək etmək şərəfdir. Ukraynanın işğal da qanunsuzdur. Buna görə də TB2 Ukraynanın şərəfli xalqına öz ölkələrini müdafiə etməkdə kömək edir”.

Səlçuk Bayraktar, Rusiyanın iki həftə əvvəl yeni nəsil lazer silahları, o cümlədən Moskvanın iddiasına görə, orbitdəki peykləri sıradan çıxara və dronları məhv edə bilən mobil sistem təqdim etməsinə də münasibət bildirib.

Bayraktar bu cür silahların TB2-yə qarşı təsirsiz olduğunu qeyd edib: “Onların əhatə dairəsi məhduddur. Buna görə də, sensor və döyüş sursatınız daha uzun olarsa, onlar təsirli olmayacaq".

Səlçuk Bayraktar ildə 200 ədəd TB2 istehsal etdiklərini, gələn il "Bayraktar TB3" və "Kızılelma" PUA-larını təqdim edəcəklərini də əlavə edib.

Avropa.info


Oxunma sayı: 12464

Oxşar yazılar