Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Ər binanın həyətində arvadının bıçaqladı

  • 11:17 - 31 May

Abşeron Gənclər Şəhərciyində qətl hadisəsi baş verib.

Avropa.info APA-ya istinadən  xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 1995-ci il təvəllüdlü Rəqsanə Muradova keçmiş əri tərəfindən binanın həyətində bıçaqlanıb. Qadına ümumilikdə 6 bıçaq zərbəsi vurulub.

Yaralı qadın xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, R.Muradova həyat yoldaşından bir neçə ay əvvəl ayrılıb. Onların birgə nigahından iki azyaşlı övladı var. R.Muradovanın keçmiş əri öz bibisi oğlu olub.

Faktla bağlı cinayət işi başlanılıb. Hadisəni törədən şəxs saxlanılıb.


Oxunma sayı: 6095

Oxşar yazılar