Milli Qəhrəmanın oğlu Avropa çempionu oldu - VİDEO

  • 16:19 - 30 May

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov Polşanın Rumya şəhərində keçirilmiş qol güləşi üzrə Avropa çempionatının qalibi olub.

Avropa.info-nun məlumatına görə, 105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı finalda yerli Dariuş Popileklə qarşılaşıb. Rəqibini məğlub edən Məhərrəmov qızıl medal qazanıb.

Mükafatlandırılma mərasimində Azərbaycan təmsilçisinin şərəfinə Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, yarışda 3-cü yeri slovakiyalı Ratislav Tomaqa tutub.


Oxunma sayı: 6678

Oxşar yazılar