Parisdə Çempionlar Liqasının finalında 70-ə yaxın şəxs saxlanılıb

  • 10:55 - 29 May

Fransa polisi Parisdə UEFA Çempionlar Liqasının finalında "Real Madrid" ilə "Liverpul" klubları arasında oyunu zamanı 68 nəfəri saxlayıb.

Bu barədə "BFM TV" telekanalı xəbər verib.

Məlumata əsasən, həmin şəxslər “Stad de Frans” stadionunun yaxınlığında, eləcə də hər iki fan zonada saxlanılıb. Qarşıdurma zamanı 200-dən çox insan yüngül xəsarət alıb, onlara yerindəcə tibbi yardım göstərilib.

 

 

Xəbər verildiyi kimi, iğtişaşlar matç başlamazdan əvvəl başlayıb və bu səbəbdən oyun 37 dəqiqə gec başlayıb.


Oxunma sayı: 5083

Oxşar yazılar