Ukraynanın XİN rəhbərindən diqqət çəkən Türkiyə AÇIQLAMASI

  • 10:06 - 26 May

Ukrayna xarici işlər naziri Dmitro Kuleba Türkiyənin Ukrayna ilə Rusiya arasında vasitəçilik təklif edən ölkələrdən biri olduğunu ifadə edərək, “Türkiyə ən uğurlusu olub” deyərək, İstanbuldakı görüşün əhəmiyyətinə diqqət çəkib.

Avropa.info xəbər verir ki, Ukraynanın xarici işlər naziri Kuleba Davos Sammiti kimi tanınan Dünya İqtisadi Forumunda (WEF) mətbuat konfransı keçirib.

Türkiyənin Ukrayna ilə Rusiya arasında vasitəçilik prosesi ilə bağlı sualı cavablandıran Kuleba, "Türkiyə müxtəlif səbəblərdən vasitəçilik təklif edən ölkələrdən biri idi. Türkiyə ən uğurlusu oldu. Rusiya-Ukrayna danışıqlar prosesində nümayəndə heyətlərinin İstanbuldakı görüşü də ən yüksək nöqtə idi" deyib.

İstanbuldakı görüşdən sonra danışıqlar prosesinin iflasa uğradığını qeyd edən Kuleba, iki ölkə arasında danışıqları aparan işçi qrupunun sonuncu dəfə nə vaxt görüşdüyünü belə xatırlamadığını bildirib. 

Rusiyanın davamlı olaraq “Ukraynanın diplomatiyaya ehtiyacı yoxdur, Ukrayna bizimlə danışmaq istəmir” kimi açıqlamalar verdiyini qeyd edən Kuleba, “Ancaq bu, ört-basdır etmə əməliyyatıdır” deyib.  

Kuleba, Rusiya prezidenti Vladimir Putinin Ukraynanın Xerson və Zaporojye vilayətlərində yaşayanların Rusiya vətəndaşlığı almasını asanlaşdıran qərarı imzalamasına da reaksiya göstərərək, "Əgər yaxşı niyyətli danışıqlar istəyirsənsə, belə şeylər etməzsən", ifadəsini işlədib.


Oxunma sayı: 1354

Oxşar yazılar