Ankarada İsveç və Danimarka ilə KRİTİK TOPLANTI : Kalın Türkiyənin şərtlərini açıqladı - İlkin olaraq 40 terrorçunun təhvil verilməsini istədik və...

  • 00:59 - 26 May

Ankarada İsveç və Finlandiya nümayəndə heyətləri ilə NATO-ya üzvlük müraciəti ilə bağlı kritik görüş keçirilib.

Avropa.info xəbər verir ki, əvvəlcə Finlandiya, daha sonra İsveç nümayəndə heyəti ilə keçirilən görüşlərdən sonra üçlü toplantı baş tutub.

Danışıqlardan sonra Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın müzakirələrlə bağlı açıqlama verib. 

“Biz hər iki dövlətə çox açıq şəkildə bildirdik ki, Türkiyənin təhlükəsizlik narahatlıqları müəyyən bir cədvəldə konkret addımlarla həll edilmədikcə prosesdə irəliləyişi olmayacaq. Finlandiya və İsveçin müraciətləri mühüm dönüş nöqtəsidir. Türkiyə ittifaqın təməl prinsipləri çərçivəsində NATO-ya çox mühüm töhfələr verib. 70 ildir ki, üzərinə düşən vəzifələri yerinə yetirib.

Terrorizmə qarşı qətiyyətli mübarizəmiz də NATO-nun prioritetləri sırasındadır. Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı hazırda üzvlük üçün müraciət edən ölkələrdə PKK, YPG və PYD kimi terror təşkilatlarının olmasıdır. Terror təşkilatlarına qarşı qətiyyətlə mübarizəmizi davam etdirəcəyimizi bəyan etdik. İsveç və Finlandiyadan ümumilikdə 40 terrorçunun Türkiyəyə təhvil verilməsini istədik.

Obama dövründən bəri ABŞ idarəçilərinin PKK və YPG-nin ayrı olduğuna dair açıqlama və arqumentlərinin bizim üçün etibarsız olduğunu da bildirdik. Müdafiə Sənayesi sanksiyalarının qaldırılmasını istədik. Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı konkret addımlarla və konkret vaxt cədvəli ilə qarşılanmadıqca prosesin işlənməyəcəyini söylədik. Mentalitetin dəyişilməsinin vacibliyini vurğuladıq. 1999-cu ildə NATO-ya üzvlük prosesində əsas qaydalar toplusu elan edildi. Bu ildən üzv olan bütün üzvlər bu prosedura uyğun olaraq üzv olublar", - deyə Kalın qeyd edib.

Avropa.info


Oxunma sayı: 9428

Oxşar yazılar