Səlçuk Bayraktardan TEKNOFEST dəvəti ! Bütün can azərbaycanlı qardaşlarımızı gözləyirik

  • 00:21 - 26 May

Dünyanın ən böyük Aviasiya, Kosmos və Texnologiya Festivalı olan TEKNOFEST Türkiyədən kənarda ilk dəfə Azərbaycanda beynəlxalq səviyyədə keçirilir. 

Avropa.info xəbər verir ki, mayın 26-dan 29-a kimi “Baku Crystal Hall” və Dənizkənarı Milli Parkında keçiriləcək TEKNOFEST-ə hazırlıqlar yekunlaşıb.

Tədbirdən əvvəl Səlcuq Bayraktar mətbuat mənsubları ilə birlikdə ərazisini gəzib və  stendlərini ziyarət edib.

Səlçuk Bayraktar bildirib ki, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirmək və texnologiyaların inkişaf etdirilməsi məqsədilə TEKNOFEST-in Azərbaycanda təşkili qərara alınıb.

Texnalogiya çempionlarına mükafatları şənbə günü Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın verəcəyini açıqlayan Bayraktar, Əziz Sancarın da Bakıya gələcəyini bildirib.

"Millətimizin qüruru Nobel mükafatı almış alim Əziz Sancar Türkiyədə TEKNOFEST-ə qatıldı və tələbələrimizə mükafatlarını verdi. Yaxşı məsləhətlər verdi. Yenə də bizi qırmadı. O da Azərbaycana gəlib tələbələrimizə mükafatlar verəcək.

Görürəm ki, Azərbaycanda TEKNOFEST həvəsi var. Türkiyədə TEKNOFEST deyir ki, bir uşaq gəlsin, təyyarəyə toxunsun, bəlkə o uşaq gələcəkdə ölkəmizin kosmik proqramında işləyəcək. Azərbaycanda bir uşaq gəlsin, təyyarəyə toxunsun, bəlkə ölkələrimizi kosmosa aparacaq. 

Biz texnologiyanın inkişafına önəm verməliyik ki, ölkəmiz bu sahələrdə müstəqil olsun. TEKNOFEST kiçikdən böyüyə yüksək texnologiyanın inkişafının çox vacib olduğunu və lazımi şərtlər yerinə yetirildikdə millətimizin də bunu edəcəyini izah edir. TEKNOFEST bu özünə inamı aşılamaq üçün bir tədbirdir. Bütün can azərbaycanlı qardaşlarımızı TEKNOFEST-ə gözləyirik".


Oxunma sayı: 2146

Oxşar yazılar