Türkiyənin Milli Təhlükəsizlik Şurası toplanır – NATO, Ukrayna, İraq və Yunanıstan məsələləri gündəmdə

  • 11:49 - 25 May

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iclası keçiriləcək.

Avropa.info xəbər verir ki, iclasda Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətləri, İraqın şimalındakı "Pəncə-Kilid" antiterror əməliyyatı zonasındakı vəziyyət, habelə qonşu Yunanıstanın hərbi arsenalının artırılması məsələləri müzakirə oluncaq. 

Türkiyə Milli Təhlükəsizlik Şurasının ilin əvvəlindən bu yana üçüncü iclası zamanı Ankaranı maraqlandıran digər mövzulara, o cümlədən Ukrayna və Rusiya arasında müharibə mövzusuna toxunulacaq. Qara dənizin şimalındakı vəziyyət kontekstində Türkiyənin Ukrayna ətrafında sülh, vasitəçilik təşəbbüsləri, humanitar yardımların tədarükü və uzunmüddətli atəşkəsə nail olmaq səyləri ilə bağlı fikir mübadiləsi aparılacaq. 

Egey və Aralıq dənizinin şərqindəki vəziyyətə gəlincə, toplantı iştirakçıları Türkiyə və Quzey Kıbrıs Türk Cümhuriyyətinin maraq və hüquqlarının müdafiəsi mövzusunu ətraflı nəzərdən keçirəcəklər. 

Şura üzvləri həmçinin Türkiyənin cənub sərhədləri yaxınlığında təhlükəsizlik zonasının formalaşdırılması istiqamətində atılan addımları, o cümlədən antiterror əməliyyatlarının aparılmasını müzakirə edəcəklər. 

Hökumətin son iclasından sonra Türkiyə prezidenti Ankaranın ölkənin cənub sərhədindən 30 km içəridə təhlükəsizlik zonasının formalaşdırılması istiqamətində addımlarını davam etdirəcəyini açıqlayıb.


Oxunma sayı: 3774

Oxşar yazılar