SON DƏQİQƏ! Başına 2 milyon mükafat qoyulmuş İran əsilli PKK terrorçusu məhv edildi - Daha bir terrorçu zərərsizləşdirildi (FOTO)

  • 01:50 - 25 May

Türkiyə təhlükəsizlik qüvvələri Osmaniyənin Küllü kəndi yaxınlığında "yaşıl" və "boz" kateqoriya üzrə axtarışda olan 2 PKK terrorçusunu məhv edib.

Avropa.info xəbər verir ki, bu haqda Türkiyə Daxili İşlər naziri Süleyman Soylu məlumat verib.

Məlumatlara görə, zərərsizləşdirilən terrorçulardan biri Amanos tarlası deyilən ərazidə terror fəaliyyəti ilə məşğul olan və terrordan axtarılanlar siyahısında “yaşıl” kateqoriyasında axtarılan, başına 2 milyon lirə təyin edilən “Agit-Kotol” kod adlı, İran əsilli Hakim Bedri adlı terrorçudur. Digər terrorçunun isə “Amanos” adlanan sahədə terror fəaliyyəti göstərən “Armanç Nesimi” kod adlı Beraat Boztemir olduğu və “boz” kateqoriyada terrordan axtarılanlar siyahısında başına 500 min lirə mükafat təyin edilən terrorçu olduğu müəyyən edilib.

Tvitterdə açıqlama yayan Süleyman Soylu bəzi bölgələrin terrordan tamamilə təmizləndiyini bildirərək, Prezident Ərdoğana müraciət edib:

"Baş komandanım, sizə raport verirəm. Amanoslar təmizləndi. Bu gün Amanos dağlarında qəhrəman jandarma xüsusi əməliyyatla  Hataydan Adıyamana qədər təmizliyi tamamladı. Qəhrəman şəhidlərimiz, qanınız yerdə qalmayacaq".   


Oxunma sayı: 9175

Oxşar yazılar