Prezident bu şəxsləri nazir müavini təyin etdi - SƏRƏNCAM (FOTO)

  • 20:45 - 24 May

Prezident İlham Əliyev Samir Məmmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Avropa.info xəbər verir ki, sərəncamda deyilir:

"Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin".

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Həmçinin Prezident İlham Əliyevin digər sərəncamı ilə Fərid Əhmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Sərəncamda deyilir:

"Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin".

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Samir Məmmədov

Fərid Əhmədov


Oxunma sayı: 2619

Oxşar yazılar