Stoltenberq: “Putin NATO-nu Rusiya sərhədləri yaxınlığında daha çox görəcək”

  • 22:50 - 24 May

Rusiya Prezidenti Putin Rusiya sərhədləri yaxınlığında NATO-nu daha az görmək istəyirdi, lakin o, bunun əksini əldə etdi. 

Bu barədə NATO Baş katibi Yens Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib. 

O, 2021-ci ilin dekabrında Rusiya hökumətinin NATO-ya ultimatum verdiyini xatırladıb: “Bu ultimatumda Avropada təhlükəsizlik arxitekturasının yenidən yazılması, Rusiyanın təsir dairəsinin yaradılması, NATO-nun alyansın şərqdəki müttəfiqlərindən imtinası və NATO-nun genişlənməsinin sonlandırılması tələb edilirdi. Prezident Putin öz sərhədləri yaxınlığında NATO-nu daha az görmək istəyirdi və bu müharibəni başlatdı. Lakin o, indi öz sərhədləri yaxınlığında NATO-nu daha çox görəcək”. 

Baş katib qeyd edib ki, daha çox ölkələr NATO-ya üzvlük üçün müraciət edir. O, Finlandiya və İsveçin NATO-ya ya üzvlük qərarını tarixi adlandırıb: “Bu onu göstərir ki, Avropanın təhlükəsizliyi şiddət və hədə ilə diktə edilə bilməz. 

Mən əminəm ki biz bütün müttəfiqlərimizin təhlükəsizliklə bağlı narahatlıqlarına cavab tapa biləcəyik”.(apa)


Oxunma sayı: 4368

Oxşar yazılar