Bərdədə küçə itləri kütləvi şəkildə öldürülür – Heyvanların qırğınına göstərişi kim verib? (VİDEO)

  • 11:39 - 24 May

Sosial şəbəkələrdə Bərdədə küçə itlərinin kütləvi öldürüldüyü görüntülər yayılıb.

Sakinlər iddia edir ki, itləri güllələyiblər, öldürə bilmədikləri itləri isə zəhərləyiblər.

Azinform.az xəbər verir ki, artıq bu məsələ heyvan hüquqlarını müdafiə edən fəalların da diqqətini cəlb edib. Onların qənaətincə, bütün bu qanunsuzluqların başında Bərdənin icra başçısı Vidadi İsayev durur. Xüsusilə də Bərdə şəhərindəki 866 saylı məhəllənin bəzi sakinləri əllərində silah küçə heyvanlarını qanunsuz qətliamını həyata keçirirlər. Çox maraqlıdır ki, yerli hüquq-mühafizə orqanları da bu qanunsuzluqlara göz yumurlar. Qeyd edək ki, belə hallara görə ölkəmizin beynəlxalq nüfuzuna da ciddi zərər dəyə bilər. Çünki müasir dünyada heyvan hüquqlarına çox həssaslıqla yanaşırlar. Ümidvarıq ki, bütün bu neqativliklərlə bağlı ciddi ölçü götürüləcək.

Bərdə rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Bəxtiyar Abdiyev bildirib ki, rayon ərazisində küçə heyvanları var və hər gün daha da artır. Amma rəhbərlik tərəfindən itlərin öldürülməsilə bağlı hansısa göstəriş, tapşırıq verilməyib. Yayılan məlumat həqiqəti əks etdirmir”.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, Bərdə rayonunda heyvanların öldürülməsi ilə bağlı Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb.


Oxunma sayı: 925

Oxşar yazılar