“Bayraktar Akıncı” Türkiyədən Azərbaycana birbaşa uçuş edib

  • 10:57 - 24 May

“Bayraktar Akıncı” pilotsuz döyüş aparatı “TEKNOFEST Azərbaycan” festivalına qatılmaq üçün Bakı səmasına çatıb.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin "Baykar Makina" şirkəti məlumat yayıb.

Bildirilir ki, artıq 2 min kilometr uçuş etmək imkanına malik “Bayraktar Akıncı” həm “TEKNOFEST Azərbaycan”da mavi səmada məharətini göstərəcək, həm də festival çərçivəsində sərgidə nümayiş olunacaq.

Məlumatda bildirilir ki, Bakıya eniş edən “Bayraktar Akınçı” Türkiyənin Çorlu bölgəsindən səmaya qalxaraq, Gürcüstan ərazisini keçərək Azərbaycana çatıb.

Xatırladaq ki, 44 günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə qızıl hərflərlə yeni döyüş dastanı yazan “Bayraktar Akıncı” pilotsuz döyüş aparatının üç ölkəyə ixracı üçün satış müqavilələri imzalanıb.


Oxunma sayı: 3455

Oxşar yazılar