ABŞ-ın Rusiyadakı keçmiş səfirindən SENSASİON ETİRAF: Ukraynanı aldatdıq!

  • 12:58 - 24 May

ABŞ-ın Moskvadakı keçmiş səfiri Maykl Entoni Makfol mayın 20-də Kanadada iştirak etdiyi Munk Debates beynəlxalq siyasət forumunda ABŞ-ın Ukraynanı NATO-ya üzvlüyü ilə bağlı yanıltdıqlarını etiraf edib. 

Avropa.info-nun məlumatına görə, Makfol forumda beynəlxalq münasibətlər üzrə professor Stefan Uoltun sualına cavab verib ki, ABŞ diplomatları Ukraynanı aldadaraq, onun NATO-ya üzv ola biləcəyinə inandırıblar.

Harvard Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Stefan Uolt ABŞ diplomatlarına istinad edərək Makfolu xatırladıb: "2021-ci ildə biz dəfələrlə Ukraynanın NATO-ya üzv ola biləcəyini demişdik. Diplomatlar Ukraynanı NATO-ya üzv ola biləcəyinə inandırmağa çox çalışdılar. Diplomatlarımız yalan danışırmı?" Keçmiş səfir Makfol deyib: "İnanırsınız? Bizim diplomatlar Ukraynaya NATO üzvlüyünü təklif edərkən yalan danışdılar. Bəli! Bəli! Real dünya belədir".

Qeyd edək ki, Ukrayna lideri Zelenski Rusiyanın işğalı başlayandan sonra NATO-ya üzv olmağa çağırıb.

Makfol daha sonra rəsmi "Tvitter" hesabında iki ayrı açıqlama versə də, Ukraynaya yalan danışdıqları fikrində olduğunu bildirib və aşağıdakı ifadələrdən istifadə edib: 

"Yalan danışmaq yersiz olan güclü bir cümlə idi. Dərhal hisslərim məni Uoltun bəyanatını təsdiqləməyə vadar etdi. Mən bunu üzrxahlıqla qəbul edirəm, lakin NATO liderləri Ukraynanın üzvlüyünə dair istəklərini əslində onlara qoşulmalarını istəmədən açıq şəkildə ifadə edirdilər? Bəli. Və hər kəs bunu bilirdi".

İkinci bir paylaşım edən Makfol “Bunu hamı bilirdi” dedikdə nə demək istədiyini aşağıdakı ifadələrlə izah edib: 

"Bayden bilirdi, Putin bilirdi. Zelenski bilirdi. Hələ müharibədən əvvəl Zelenski bu cür bəyanatları riyakarlıq adlandırırdı. Bunların hamısı qeydə alınıb".

Maykl Entoni Makfol 2012-2014-cü illərdə ABŞ-ın Rusiyadakı səfiri vəzifəsində çalışıb. Eyni zamanda, "Washington Post"un köşə yazarı olan Makfol ABŞ-ın keçmiş prezidenti Barak Obama dövründə ABŞ Milli Təhlükəsizlik Şurası prezidentinin xüsusi köməkçisi və Avrasiya və Rusiya əlaqələri üzrə baş direktor vəzifələrində çalışıb. Bildirilir ki, Makfol Obama dövründə Rusiya siyasətinin müəyyənləşdirilməsində ən təsirli şəxs olub. Aktiv siyasi həyatından sonra Makfol Stenford Universitetində Siyasi Elmlər kafedrasında müəllim kimi professordur.

Rusiyanın Ukraynaya hücumlarında 231 uşaq həyatını itirib, 658 uşaq isə yaralanıb. Digər tərəfdən, Rusiya ordusunun hücumları nəticəsində ölkədə ümumilikdə 828 təhsil müəssisəsinin zərər gördüyü qeyd edilib. Prokurorluq həmçinin hücumlarda 457-dən çox mülki vətəndaşın yaralandığını açıqlayıb. Rəqəmlərin son məlumat olmadığı, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə işlərin davam etdirildiyi bildirilib. 

İşğalın ən amansız hadisələrinin baş verdiyi Buçada rus qüvvələri qana bulaşmış şəhəri geridə qoyub. Ukraynanın bir çox şəhərləri raketlərlə hədəfə alınıb. Mariupol merinin müşaviri Petr Andryuşşenko verdiyi açıqlamada Rusiyanın hücumları nəticəsində şəhərdə həlak olan mülki şəxslərin sayının 20 minə yaxınlaşa biləcəyini açıqlayıb. 

Fevralın 24-də Rusiyanın işğalından sonra Ukraynada 10 milyondan çox insan didərgin düşüb. Onların 3 milyon 500 mini ölkəni tərk edib. Bu, İkinci Dünya Müharibəsindən sonra Avropada böhran səviyyəsində olan ən böyük kütləvi qaçqın köçü kimi tarixə düşüb.


Oxunma sayı: 5369

Oxşar yazılar