Səudiyyə Ərəbistanından gözlənilməz Türkiyə QƏRARI

  • 11:10 - 24 May

Səudiyyə Ərəbistanında, xüsusən də son bir neçə həftədə artan COVID-19 yoluxmalarından sonra yeni bir tədbir qərarı verilib. Səudiyyə Ərəbistanı vətəndaşlarına Türkiyə də daxil olmaqla 16 ölkəyə səyahət etməyi qadağan edib. 

Avropa.info bildirir ki, siyahıya Türkiyədən başqa, Hindistan, Livan, Suriya, İran, Əfqanıstan, Yəmən, Somali, Efiopiya, Konqo Demokratik Respublikası, Liviya, İndoneziya, Vyetnam, Ermənistan, Belarus və Venesuela daxildir.

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi dünyada sürətlə yayılmağa davam edən meymun çiçəyi virusunun bu günə qədər ölkədə aşkarlanmadığını açıqlayıb. Səhiyyə nazirinin müavini Abdullah Əsiri ölkədə meymun çiçəyi virusu aşkar edilərsə, onunla mübarizə aparmaq üçün hökumətin kifayət qədər səlahiyyətə malik olduğunu bildirib: “Hələlik insanlar arasında yoluxma çox məhduddur. Ona görə də bunun epidemiyaya çevrilməsi hətta yoluxmaların aşkarlandığı ölkələrdə belə çox aşağıdır".

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) meymun çiçəyi virusu ilə bağlı verdiyi son açıqlamada 11 ölkədə 80 yoluxma halının aşkar edildiyi və epidemiya ilə bağlı işlərin davam etdiyi bildirilib.


Oxunma sayı: 2828

Oxşar yazılar