Jurnalist Şəfayət Avılbəyli: “Bəs sən niyə şəhid olmadın, bu qədər döyüşmüsənsə”..?

  • 00:01 - 21 May

1991-ci ildən Gədəbəy və ona yaxın rayonların müdafiəsində xüsusi qəhrəmanlıq göstərən Cahangir Rüstəmovun şəhidlik zirvəsi və keçdiyi döyüş  yolu gənclərimizə böyük örnəkdir. Bunu bötövlükdə xalqımız və vaxtilə onunla çiyin-çiyinə xidmətdə olmuş Dilqəm Əliyev  adlı keçmiş döyüşçüdə bilir.Lakin təəssüflə qeyd etmək lazımdır ki,bu şəxs şəhid komandir Cahangir Rüstəmov haqqında iftira dolu hədyanlar yağdırmağla şəhid komandirin ailəsini narahart edir. Eyni zamanda bu şəxsin bu cür açıqlamaları açıqcası başadüşülən deyil.

Avropa.info xəbər verir ki, bu sözləri tanınmış jurnalist, Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi Şəfayət Avılbəyli bildirib.

Şəfayət Avılbəyli qeyd edib ki, bu şəxs birinci növbədə öz keçmişi haqqında cəmiyyətə açıqlama vermək məcburiyyətindədir. Mən şəxsən bu adam haqqında məlumatsızam, amma  Dilqəm Əliyev  nə üçün, hansı səbəbdən həbs olunduğunu söyləmir? Ola bilər və həqiqətdir ki, Dilqəm Əliyev də cəsur döyüşçü olub,bu “imtiyaz”heç kəsə haqq vermir ki, illərdən sonra öz komandiri haqqında,eyni zamanda milli qəhrəman Məzahir Rüstəmovun döyüş yoluna ləkə yaxsın...Bu haqqı ona kim verib? Sosial şəbəkələrdə yaydığı videodakı çıxışına baxdım.Ağzında iki cümlə hərbi ifadələri düzgün tələffüz edə bilməyən,özünü peşəkar hərbiçi kimi qələmə verməyə çalışan Dilqəm Əliyevin sosial şəbəkələrdə ki, çıxışına baxanda bilinir ki, adamın psixikası yerində deyil.Sadəcə şəhid polkovnik haqqında nə üçün şəxsi intiriqasını onun fəaliyyətinə kölgə salmaq üçün yararlanmağa çalışır?

Araşdırmaçı jurnalist bu günlərdə bir çox məqamlara aydınlıq gətirdiyini qeyd edib.Belə ki, Dilqəm Əliyev həqiqətən Cahangir Rüstəmovun müavini olmuşdur.Ancaq onun hansı səbəbdən həbs olunmasını düşünürəm ki,özü açıqlamalıdır.Bildiyimə görə üzərində məhkəmə qərarı ilə həbs olunan Dilqəm Əliyev  sonradan MN-nin Müdafiə Nazirliyinin Mənzil-İstismar Hissəsinin  bir bölməsinə rəis də təyin olunub. Bu məsələyə də yəqin ki,aidiyyatı qurumlar fikir bildirəcək.Onu da qeyd edim ki, MN-nin bu bölməsi heç də şəffaf xidmətləri ilə seçilmiyib.

Sonda Şəfayət Avılbəyli qeyd edib ki,döyüşən döyüşçülər ya şəhid olur, ya da milli qəhrəman. Şınıx bölgəsində İsgəndər Aznaurov və Məzahir Rüstəmov kimi milli qəhrəmanlar, Azərbaycan Bayrağı  ordenli Cahangir Rüstəmov kimi alay komndirləri yetişib.Cahangir Rüstəmovun xidmətləri isə saymaqla bitməz. O, Gədəbəyin Şınıx bölgəsində ki, 28 kəndimizi blokadadan çıxarmaq üçün Başkənd əməliyyatı hazırlayan və planın icrasına şəxsən rəhbərlik edən komandan olmuşdur. Avqustun 6-dan etibarən şəxsən  Cahangir Rüstəmovun əmri ilə Başkənd əməliyyatı başlayıb. Düşmənin möhkəmləndirilmiş mövqeləri 2 gün böyunca bütün növ artilleriya silahlarından atəşə tutmaqla məhv edilib. Avqustun 8-də Başkənd hücumla ələ keçirilib və bununla da 28 kəndimiz blokadadan azad olunub.

Xüsusilə vurğulamaq istəyirəm ki, Qarabağ müharibəsi tarixində Başkənd əməliyyatının xüsusi yeri var. Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılacaq uğurlu əməliyyatatlardan biri də, Cahangir Rüstəmovun başçılıq etdiyi alay tərəfindən 8 avqust 1992-ci ildə həyata keçirilmiş  Başkənd əməliyyatıdır. 

Cahangir Rüstəmovun ömür yolu qəhrəmanlıq tarixidir.Bu qədər xalq və dövlət qarşısımda xidmətləri olan şəhid komandirə qarşı kompaniya aparmaq heç bir döyüşçüyə yaraşmaz.Mənim Dilqəm Əliyevə tək bir sualım var. Cahangir Rüstəmov bir komandan kimi,Məzahir Rüstəmov isə kəşfiyyat komandiri kimi öz el- obasının müdafiəsində qəhrəmanlıqla  döyüş meydanında şəhid olublar.Bəs sən niyə şəhid olmadın,əgər bu qədər döyüşmüsənsə..?


Oxunma sayı: 3037

Oxşar yazılar