Tanınmış qanuni oğru Rusiyaya təhvil verildi

  • 13:06 - 20 May

Misir dövləti reketlə məşğul olmaq və kriminal iyerarxiyada yüksək mövqe tutmaq cinayətləri ilə bağlı axtarılan məşhur “qanuni oğru” David Gerlianini Rusiyaya təhvil verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-nin sözcüsü İrina Volk məluumat yayıb.

“Bu gün Gürcüstan vətəndaşı David Gerliani Rusiya Daxili İşlər Nazirliyinin Interpol bürosu və Rusiya Federal Penitensiar Xidmətinin əməkdaşlarının müşayiəti ilə Qahirədən ekstradisiya edilib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsi (hədə-qorxu ilə tələb etmə) və 210.1-ci maddəsinin 1-ci hissəsi (cinayət iyerarxiyasında ən yüksək vəzifə tutma) ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə ittiham olunur”, - deyə İ.Volk cümə günü jurnalistlərə bildirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, D.Gerliani 2014-cü ildən bu yana cinayət aləində lider mövqeyinə yiyələnib və indiyə qədər Smolensk vilayətindəki islah koloniyalarından birində cəza çəkən şəxslər üzərində təsirini davm etdirir.

Bundan əlavə, David Gerlianinin yaratdığı cinayətkar qrupun 2020-ci ildə adı şəkilməyən bir şəxsdən dələduzluqla 15 milyon rubl aldığı qeyd olunur. Cinayətin ortaqlarından biri tələb olunan vəsaitin bir hissəsini “qanuni oğru”nun hesabına köçürərkən polis əməkdaşları tərəfindən yaxalanıb.

2021-ci ilin aprelində gürcü avtoritetə qarşı qiyabi ittiham irəli sürülüb və haqqında həbs qətimkan tədbiri seçilib. Həmin ilin iyununda isə o, beynəlxalq axtarışa verilib.


Oxunma sayı: 6557

Oxşar yazılar