İŞİD üzvü terrorçu-kamikadze Türkiyədə terror törətməyə hazırlaşarkən tutuldu – FOTO

  • 14:45 - 16 May

Türkiyənin Şanlıurfa bölgəsində kamikadze hücumuna hazırlaşan İŞİD terrorçusu polisin keçirdiyi əməliyyatla yaxalanıb.

Avropa.info xəbər verir ki, Kilisdə terror aktı törətməyə hazırlaşan kamikadze polis qrupları tərəfindən tutulub.

Kilis Prokurorluğu tərəfindən icra edilən istintaq daxilində ələ keçirilən flaş yaddaş məzmunu ilə əlaqədar araşdırmada İŞİD terror təşkilatına aid çoxlu təşkilati sənədlər müəyyən edilib.

Təhlükəsizlik Baş İdarəsinin Terrorla mücadilə şöbəsi təşkilati sənədlərin çözülmsəi  ilə əməliyyata başlayıb. 

"Beşşar El Mızhen" kod adlı "Ebi Enes El Kahtani" adlı şübhəli Şanlıurfada ələ keçirilib. 

Şübhəlinin yaşadığı evdə aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal materiallar ələ keçirilib. 

Terrorçunun İŞİD-in qondarma "Dəməşq valiləri" ilə əlaqə saxlayaraq Türkiyədə kamikadze aksiyası keçirməyi planlaşdırdığı müəyyən edilib. 

Tutulan terrorçu ilə birlikdə İŞİD-in bu il planlaşdırdığı 10-cu kamikadze hücumunun qarşısı alınıb.


Oxunma sayı: 1541

Oxşar yazılar