Türkiyə PKK-ya maddi və siyasi dəstək verən İsveçin NATO üzvlüyünü niyə dəstəkləsin ki? - İsveçin PKK-ya verdiyi şok dəstək! - SENSASİON FAKTLARLA

  • 14:25 - 16 May

Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünə isti yanaşmadığını bəyan edib. Ankara buna əsas kimi İsveç və Finlandiyanın PKK terror təşkilatını verdikləri dəstəyi göstərir.

Avropa.info xəbər verir ki, NATO üzvü olmaq istəyən İsveç terror təşkilatı PKK-nın Avropadakı əsas bazalarından biridir. Terror təşkilatının Avropada qurduğu QHT-lərlə yanaşı, media orqanlarının mərkəzi də İsveçdir. Siyasi, İqtisadi və Sosial Araşdırmalar Vəqfi (SETA) tərəfindən dərc edilən "Avropada PKK quruluşu" başlıqlı hesabatda İsveçlə bağlı diqqəti çəkən detallar yer alıb. Hesabatdan bəzi başlıqları təqdim edirik...

-PKK 1980-ci illərdən İsveçdə “kütləvi baza qurmaq” üzərində işləməyə başladı. Terror təşkilatının bazasını təşkil edən 30 terrorçu Demokratik Milli Kürdüstan Birliyi və İsveç-Kürd Mədəniyyət Dərnəyi ətrafında toplaşdı. 1983-cü ildən etibarən İsveç hökuməti PKK terrorçularını dəstəkləməyə start verdi.

-İsveçdə məskunlaşan terrorçulardan bəziləri zamanla PKK terror təşkilatını tənqid etməyə başladılar. 1983-cü ildən sonra PKK daxilindəki müxaliflər silsilə qətllərdə öldürüldü. Qətllərə görə PKK terrorçular siyahısına salındı, 18 nəfər isə deportasiya edildi. PKK buna İsveçin baş naziri Olof Palmeni öldürməklə cavab verdi. 

-Daha sonra İsveçdə yenidən aktivləşən PKK terror təşkilatı 1993-cü ildə qərargahı Belçikada yerləşən Avropa Kürd Dərnəkləri Konfederasiyasının çətir strukturunu qurur. Beləliklə, on iki müxtəlif ölkədə yerləşən PKK strukturlarını Avropa Kürd Dərnəkləri Konfederasiyasına bağladı. 1994-cü ildə Stokholmda İsveç Kürd Şurası qurulur. 1994-cü ildən fəaliyyət göstərən İsveç Kürd Mədəniyyət Mərkəzinə PKK-ya bağlı 20-dən çox dərnək daxildir. 

- Terror təşkilatı İsveçdə oğurluq, silah alveri, narkotik alveri və reketçilik vasitəsilə əhəmiyyətli gəlir əldə edir. İsveç PKK-nın media orqanlarına da ev sahibliyi edir. Nevruz TV, Ronahi TV və Aryen TV bu ölkədə terror təşkilatının yayım orqanlarından bəziləridir. Bu terror təşkilatları müxtəlif adlar altında İsveç dövlətindən maliyyə alırlar. (Novruz TV-yə 2009-cu ildə 1 milyon 467 min 866 avro verilib.)

- PKK-ya dəstək verən İsveç Demokratik Kürd Cəmiyyəti Mərkəzi də eyni hədəflər istiqamətində fəaliyyət göstərir. PKK-ya bağlı bu quruma İsveç Araşdırma və Təhsil Nazirliyindən 80.000 avro maliyyə yardımı edilir.

-Terror təşkilatı  İsveçdə çoxlu uşaqları aldadaraq dağ heyətinə qatıb. Beynəlxalq Radda Barnen Vəqfi tərəfindən hazırlanan hesabatda İsveçdə məktəbləri zəbt edən PKK-nın "yay düşərgəsi" adı altında 18 yaşından kiçik uşaqlara terror təhsili verdiyi yazılıb. Təkcə 90-cı illərdə terror təşkilat tərəfindən 50-dən çox uşağın İraq və Türkiyədəki dağ heyətinə göndərildiyi müəyyən edilib.

-Suriyada PKK/YPG sıralarında olan xarici terrorçular arasında çoxlu isveçli var. Hətta PKK-da  İsveç vətəndaşlarından ibarət “Skandinaviya batalyonu” da var.

-PKK İsveçdə də siyasi arenada və parlamentdə də təmsil olunur. Terrorçular əsasən solçu partiyalarda fəaliyyət göstərsələr də, PKK-nın "Azad Həyat Partiyası" adlı partiyası var. Ölkə parlamentində PKK-nı təmsil edən deputatlar mövcuddur. Bunlardan Amine Kakabaveh, Sosial Demokrat Partiyasından Evin Çətin, Sol Partiyadan Yekbun Alp, Evin İncir, Eda Düzgün terror təşkilatına dəstək verən siyasətçilərdir. Bu şəxslərin İraqdakı PKK düşərgələrini ziyarət etdikləri məlumdur.

-İsveç PKK-nın Suriya qolu PKK/PYD-yə böyük dəstək verir. PKK/PYD İsveç hakimiyyətinin icazəsi ilə 2016-cı ildə paytaxt Stokholmda nümayəndəlik açıb. PYD-nin sözdə qadın təşkilatı YPJ-nin rəhbəri olan Nesrin Abdullah o zaman İsveçin müdafiə naziri Peter Hultqvist ilə görüşərək yaralanan terrorçuların İsveçdə müalicə olunmasını tələb edib.

Avropa.info


Oxunma sayı: 3554

Oxşar yazılar