Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırlaşır

  • 14:35 - 15 May

Finlandiya mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət edə bilər. 

Bu barədə ölkənin xarici işlər naziri Pekka Haavisto İsveçin “Aftonbladet” qəzetinə müsahibəsində bildirib. 

"Bizim tərəfdən NATO-nun Brüsseldəki Daimi Nümayəndəsi bunu yəqin ki, çərşənbə günü edəcək. NATO ilə danışıqlar başlasa, bununla xarici işlər naziri və müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti məşğul olacaq", - deyə nazir qeyd edib. 

Qeyd edək ki, mayın 16-da Finlandiya parlamenti ölkənin Şimali Atlantika Alyansına daxil olması perspektivləri ilə bağlı debat keçirməlidir.(trend)


Oxunma sayı: 2399

Oxşar yazılar