Jurnalist Aytən Məmmədova bıçaqla hücuma məruz qalıb

  • 01:31 - 09 May

Jurnalist Aytən Məmmədovaya bıçaqla hücum olub.

Hadisə Binəqədi rayonu, 9 mikrorayonda baş verib. Aytən Məmmədovaya yaşadığı binanın blokunda hücum edilib. Onun arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını tələb edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı məlumat daxil olub və araşdırmalara başlanılıb.


Oxunma sayı: 5798

Oxşar yazılar