Azərbaycanda legioner sayına məhdudiyyət qoyulacaq

  • 17:55 - 29 Aprel

Azərbaycan çempionatında legioner sayı ilə bağlı yenilik tətbiq olunacaq.

Avropa.info-nun məlumatına görə, bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.

Bundan sonra legionerlərin təkcə meydanda deyil, sifariş vərəqindəki sayına da limit tətbiq olunacaq. Bu limiti aşmaq üçün əlavə pul ödəniləcək.

2022/2023-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 14 legioner futbolçu daxil edə bilər. 14 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) manat təşkil edəcək.

2023/2024-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 12 legioner futbolçu daxil edə bilər. 12 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50.000 (əlli min) manat olacaq.


Oxunma sayı: 12838

Oxşar yazılar