Film kimi oğurluq: Döyüb əllərini bağladılar

  • 13:46 - 19 Aprel

Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə müraciət edən Ələt qəsəbə sakini P.Məmmədov aprelin 14-də saat 2 radələrində yaşadığı evində döyülərək 3800 manat pulunun alınmasını və əllərinin iplə bağlanmasını bildirib.

Daxili İşlər Nazirliyindən (DİN) Avropa.info-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini A.Alıkişiyev və Səngəçal qəsəbə sakini İ.Məmmədova müəyyən edilərək saxlanılıblar.

Anoloji hal Binəqədi rayonunda da qeydə alınıb. Belə ki, RPİ-nin 40-cı Polis Bölməsinə Motodrom yaşayış sahəsindəki evlərin birindən 7540 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb.

Rəsmi məlumata görə, hazırda faktlarla bağlı araşdırma aparılır.


Oxunma sayı: 1761

Oxşar yazılar