Elşad Abdullayev ABU-nun Moskva filialını erməniyə satmağa cəhd etdi... - Azərbaycan milyonlarla dollar xərclədiyi filial binasına niyə sahib çıxmır? (FOTO)

  • 15:43 - 06 Aprel

Azərbaycan Beynəlxalq Universitenin (ABU) Moskva filialı ətrafında qalmaqal davam edir. 

Avropa.info xatırladır ki, universitetin sabiq rektoru Elşad Abdullayev Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma), 311.3.2, 311.3.3 və 29,312.2 (rüşvət vermə) maddələri ilə Azərbaycan tərəfindən axtarışa verilib.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının qanunsuz tikintisi ilə əlaqədar əvvəl Moskva vilayətinin Dövlət Tikintiyə Baş Nəzarət İdarəsi tərəfindən Odintsovo şəhərinin administrasiyasına müraciət də olunub. Daha sonra Odintsovo şəhərinin administrasiyası məhkəməyə müraciət edərək, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Moskva filialının binasının sökülməsi ilə bağlı qərar çıxarılmasını tələb edib. 

Əldə etdiyimiz məlumatlara görə, Azərbaycanda rüşvət vermə  məddəsi ilə də ittiham olunan və hazırda Fransada gizlənən ABU-nun sabiq rektoru Elşad 
Abdullayev vəkilləri vasitəsi ilə məhkəmə hakimlərini ələ alaraq "udub". Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi, konsulluğu , Daxili İşlər Nazirliyinin heç bir nümayəndəsi məlumatları olduqları halda həmin məhkəmələrdə iştirak  etməyib.

 

Bundan sonra, ABU-nun sabiq rektoru Elşad Abdullayev Universitetin Moskva filialını satmağa cəhd edib. Elşad Abdullayev ABU-nun Moskva filialını satmaq
üçün erməni iş adamı ilə razılaşıb. Lakin bundan tez xəbər tutan azərbaycanlı iş adamları məsələ ilə bağlı rəsmi Bakı və Moskvaya müraciət etdikdən sonra onun bu niyyəti baş tutmayıb.

Məlumatlara əsasən fəaliyyəti dayandırılmış ABU-nun sözügedən filialı 2007-ci ildən 2010-cu ilə qədər keçmiş təhsil naziri Misir Mərdonovun  rəsmi məktubu əsasında təsis olunub və filialın yerləşdiyi ərazi hazırda axtarışda olan Elşad Abdullayevin adına rəsmiləşdirilib. 

Əldə etdiyimiz məlumata görə, ABU-nun Moskva filialının inşası təqribən on milyon dollara başa gəlib. Rusiyada təhsil ocağı tikmək üçün deklarasiya tələb edildiyini nəzərə alsaq, binanın Elşad Abdullayevin şəxsi vəsaiti hesabına tikilməsi istisnadır. Bu səbəbdən də Elşad Abdullayev müvafiq deklarasiyanı doldurarkən 3 il ərzində xərclənən pulu Təhsil Nazirliyinin vəsaiti kimi təqdim edib. Görünür, Rusiya tərəfi məhz bunu əsas gətirərək rəsmi Bakıya ABU-nun Moskva filialına himayə çıxması ilə bağlı müraciət edib.

Məlumatlara görə, Təhsil Nazirliyi faktiki sənədlərlə Azərbaycan dövlətinin milyonlarla dollar pul xərclədiyi əmlakın məsuliyyətini, ondan əvvəlki rəhbərliyin dövründə tikildiyi bəhanəsi ilə üzərinə götürməkdən imtina edir. Universitetin gələcəyinə biganə yanaşılır.  

Qeyd edək ki, sözügedən universitet filialı himayə olunmasa, sökülən və ya Elşad Abdullayev tərəfindən satılan tək ABU-nun Moskva filialı olmayacaq. Azərbaycanın 10 milyondan çox vəsaiti, minlərlə tələbənin təhsil haqları, əziyyətləri bir anlığa havaya sovrulacaq . Və neçə – neçə gələcək aydının
işığı sönəcək. Diplom ala bilmə ümidləri də suya düşəcək.

Himayə olunacağı halda isə həmin möhtəşəm bina Azərbaycan Təhsil ocağı kimi yenidən fəaliyyətini davam etdirə bilər. Yaxud da hərraca çıxarılıb
satılaraq (tikintisinə 10 milyon dollar xərcləndiyi halda hazırki qiyməti 2 qat: red) dövlətə dəstək məqsədilə Qarabağın yenidənqurmasına
sərf edilə bilər. Ümumiyyətlə bir təhsil ocağı olaraq ABU-nun Moskva filialı Azərbaycana məxsus olmalı və necə davam edəcəyinə yalnız dövlət qərar verməlidir.

Avropa.info


Oxunma sayı: 22254

Oxşar yazılar