Quzey Kıbrısda Novruz bayramı qeyd olunacaq - FOTO

  • 09:44 - 19 Mart

Quzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) Türkiyə və Azərbaycan millət vəkillərinin iştirakı ilə böyük Novruz bayramı tədbiri təşkil olunacaq. 

Avropa.info xəbər verir ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçlığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və Girnə Amerika Universitetinin təşkilati dəstəyi ilə Türkiyə, Azərbaycan və KKTC millət vəkillərinin fəxri qonağı olduğu Türk dünyasının ortaq dəyəri olan Novruz bayramı ilə bağlı Spektrium Beynəlxalq Konqres Mərkəzində keçiriləcək. Tədbir 21 mart 2022-ci il tarixində baş tutacaq. 

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun Avropa.info-ya verdiyi məlumata görə, tədbirdə Türkiyə Böyük Millət Məclisindən Azərbaycan, KKTC, Özbəkistan, Türkmənistan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Orhan Erdem, Osman Mesten, İbrahim Aydemir, Türkiyə Prezidentinin baş müşaviri, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış iştirak edəcəklər. 

Eyni zamanda, azərbaycanlı deputatlar Vüqar İskəndərov və Naqif Həmzəyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Cahid Kazımov bayram tədbirinə qatılacaqlar. 

Diaspor təşkilatının sədri Həsənoğlu həmçinin bildirib ki, rəsmi açılışa Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar başda olmaqla, bir sıra dövlət rəsmləri iştirak edəcəklər. 

Eyni zamanda türk xalqlarının Novruz adət-ənənələri sərgilənəcək. Tədbirdə çıxışlardan sonra azərbaycanlı gənc müğənni Nigar Rəhimovanın ifaları ilə konsert proqramı baş tutacaq.

Açıklama yok.

Oxunma sayı: 3708

Oxşar yazılar