Ukraynada Rusiyanın daha bir generalı ÖLDÜRÜLDÜ – Əlahiddə Ümumqoşun Ordusunun komanda məntəqəsi məhv edildi

  • 10:17 - 19 Mart

Ukraynanın Xerson vilayətindəki Çernobayevka aerodromunda Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 8-ci Birləşmiş Silahlı Qüvvələrinin komandiri, qvardiya general-leytenantı Andrey Mordviçev öldürülüb.

Avropa.info bildirir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Aleksey Arestoviç təsdiqləyib.

Rusiya Cənub Hərbi Dairəsinin 8-ci Əlahiddə Ümumqoşun Ordusunun komanda məntəqəsi komandirlə birlikdə məhv edilib.

"8-ci ordu Luqansk və Donetsk vilayətlərindəki separatçı rejimlərə birbaşa dəstək verməklə məşğuldur", - Arestoviç deyib.


Oxunma sayı: 3598

Oxşar yazılar