Qubadlı sakinləri üçün Novruz şənliyi təşkil olunub – FOTO

  • 22:54 - 18 Mart

Novruz bayramı  Qubadlı rayonunda hər il yüksək səviyyədə, təntənəli sürətdə qeyd edilir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 mart 2022-ciil tarixində  Novruz bayramı münasibətilə Sumqayıt şəhərində yerləşən 28 May Mədəniyyət evində təşkil olunmuş bayram şənliyində Qubadlı rayon  İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov,  Milli Məclisin deputatı İmamverdi İsmayılov,  RİH aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanları, Şəhid ailələri, YAP fəalları, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Əvvəlcə Milli Qəhrəman şəhid Şükür Həmidovun atası Nəriman Həmidov və Milli Qəhrəman şəhid Bəylər Ağayevin anası Mədinə Ağayeva rayon ictimaiyyətini təbrik ediblər və qeyd olunub ki, Qubadlı sakinləri Ümummilli lider Heydər Əliyevin siyasətinə daim sadiqdir və onun layiqli davamçısı Prezident İlham Əliyevi hər zaman dəstəkləyir. Tezliklə bütün məcburi köçkünlər Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun sayəsində işğaldan azad olunmuş torpaqlarımıza qayıdacaqlar və  Novruz tonqalları öz dədə-baba yurdlarımızda alovlanacaqdır.

Novruz  ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində qeyd olunur. UluTanrıya, kainatımıza və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. 

Bayram şənliyində bildirilib ki, Novruz adət-ənənələrimizi əsrlər boyu yaşadıb bugünlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir. Bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcudur. Xalqımız qədim Türk məişətini, əxlaqını və bədii zövqünü özündə cəmləşdirən Novruz ayinlərini tarixən yaşadaraq bu günümüzədək gətirib çatdırıb. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.

Daha sonra şənliyə dəvət olunmuş  respublikanın tanınmış incəsənət xadimlərinin ifasında şən mahnılar səsləndirilib. Yazın gəlişini bildirən və xalqımızın milli-mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif zarafatlar, şən-şux mahnılar  hamıda xoş ovqat oyadıb.

 

 

 

 

 

 

 

 


Oxunma sayı: 2927

Oxşar yazılar