“Ziyalı Ocağı” İctimai Birliyi “Şanlı Vətən, İgid əsgər, Böyük Komandan” adlı tədbir keçirdi

  • 20:41 - 18 Mart

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi mart ayının 18-də Sumqayıt şəhər Mətləb Quliyev adına 3 saylı orta məktəbdə özünün növbəti “Şanlı Vətən, İgid əsgər, Böyük Komandan” adlı tədbir keçirib. Tədbirdə 3 saylı orta məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər Mətləb Quliyev adına 3 saylı orta məktəbin direktoru Ülkər Çəndirli bildirib ki, bu qəbildən olan tədbirlərin 3 saylı orta məktəbdə keçirilməsini məmnuniyyətlə qarşılayırlar: "Tariximizi, milli-mənəvi dəyərlərimizi aşılayan kütləvi tədbirlər gənclərimizdə vətənpərvərlik hisslərinin aşılanmasında, onların formalaşmasında xüsusi rol oynayır”.

Layihə rəhbəri İlahə Əliyeva tədbir iştirakçılarına layihənin məram və məqsədlərindən bəhs edib: “Bizə bu günləri yaşadan, xalqımıza, dövlətimizə qələbə sevincini bəxş edən Şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq, onların daimayaşar xatirələrini bir dəqiqəlik sükutla yad etməyinizi rica edirəm”.

İlahə Əliyeva qeyd edib ki, həyata keçirdikləri bu növbəti tədbirdə xalqımızın qazandığı tarixi zəfərdən bəhs edilib, hər bir azərbaycanlının ürəyində illərlə gəzdirdiyi nisgildən danışılıb. "Bu nisgilə son qoyan Ali Baş Komandan cənab İlham Əliyevin ardıcıl və prinsipial görüşləri və eyni zamanda, taktiki siyasi gedişləri haqqında fikirlər tədbir iştirakçıları ilə bölüşdürüldü. Xalqımızın birliyi, yekdilliyi əsas müzakirə obyekti oldu", - deyə o bildirib.

Mənfur erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri məzalimlər bir daha xatırlanıb, habelə, Böyük Komandanımız, cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı yağı düşməndən xilas edən igid əsgərlərimizin misilsiz şücaətləri qiymətləndirilib. 44 günlük Vətən müharibəsini özündə əks etdirən video çarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən ADNA-nın dosenti, iqtisad elmləri namizədi Ağasəf İmran qəsbkar erməni işğalçılarının ölkəmizin iqtisadiyyatına vurduğu maddi itkilərlə bağlı çıxış edib. “Özünün daxili və xarici siyasətini terrorçuluq əməlləri üzərində quran işğalçı Ermənistanın xalqımıza qarşı törətdiyi soyqırım aktlarının, habelə, işğal olunan ərazilərimizdə keçirdikləri soyğunçuluq, manqurtluq əməllərinin ifadəsini təsəvvür etmək olduqca dəhşətlidir- Hər cür insani xislətdən əl çəkən bu üzdəniraqlar xalqımıza və dövlətimizə qarşı milli-mənəvi cinayətə əl atdılar. Onlar bu qatı cinayət əməllərinə görə beynəlxalq təşkilatlar qarşısında cavab verməlidirlər”, - deyə bildirib.

Tədbirdə iştirak edən “Ziyalı Ocağı” İctimai Birliyi”nin idarə heyətinin sədri, Qarabağ qazisi İslam Mahmudov öz çıxışını 30 il ərzində erməni tapdağında inildəyən doğma torpaqlarımızda aparılan vandallıq faktları üzərində qurub. O, qətiyyətlə bildirib ki, daim özünü dünyaya mədəni, sivil millət kimi qələmə verməyə çalışan ermənilərin belə bir iddiaya haqları yoxdur: "Erməni qaniçənlərinin, quldurlarının, acgözlərinin Azərbaycan torpaqları üzərində apardıqları maddi və mənəvi dağıntılar, həyata keçirdikləri qətliamlar bizə bu fikrimizi əsaslandırmağa haqq verir”.

Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib.

Bir 12 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

 

Bir 11 kişi ve ayakta duran insanlar görseli olabilir

 

Bir 8 kişi görseli olabilir

 

Bir 7 kişi, oturan insanlar, ayakta duran insanlar ve ofis görseli olabilir

Oxunma sayı: 3994

Oxşar yazılar