Azərbaycanda son sutkada koronavirusa 112 nəfər yoluxub, 234 nəfər sağalıb - 6 nəfər ölüb

  • 19:09 - 18 Mart

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 536 nəfər müalicə olunaraq sağalıb, 9 647 nəfər vəfat edib. 1 105 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 153, bu günə qədər isə ümumilikdə 6 656 940 test icra olunub.


Oxunma sayı: 5325

Oxşar yazılar